İnsanlara hürriyət, millətlərə istiqlal!

JURNALİSTİ DÖYƏN ŞƏXS “AZADLIQ”ın REDAKSİYASINDA OLDU

2323 18.06.2010 09:48 Media A A
“Azadlıq” radiosuna açıqlamasında isə N.Güləhmədoğlunun onu döydüyünü deyən Yalçın Əzizov bildirib ki, jurnalisti tanımır, sadəcə atasının əkdiyi ağacı cavan bir oğlanın yonduğunu görəndə ona irad tutub: “Mənim sözümə məhəl qoymadı, itələşdik bir-birimizlə”. Y.Əzizov Natiq Adilovun onu söydüyünü, hədələdiyini vurğulayıb və bu səbəbdən polisə müraciət etdiyini deyib.
Media Hüququ İnstitutu “Azadlıq” qəzetinin tənqidi yazıları ilə tanınan əməkdaşı Natiq Adilovun(Güləhmədoğlu) döyülməsini kəskin pisləyir, döyülmə faktını Azərbaycanda ifadə azadlığını hədələyən növbəti biabırçı olay hesab edir.
Baş vermiş olayla bağlı cinayət işi açılıb. Jurnalist Səbayel Rayon Məhkəmə-Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyində tibbi ekspertizadan keçib. Birliyin ekspertləri rəyi Səbayel Rayon Polis İdarəsinin 8-ci bölməsinə yollayacaqlar. N.Güləhmədoğlu qeyd edib ki, ona hücum edən Yalçın Əzizov da Məhkəmə-Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyində olub.
Dünən bizə açıqlamasında N.Güləhmədoğlu dedi ki, sözügedən olayla bağlı hər hansı gəlişmə yoxdur. Müsahibimizin sözlərinə görə, Y.Əzizov ondan üzr istəyib, əfvini xahiş edib. Bundan başqa, onun qohumları da jurnalistlə əlaqə yaradaraq barışıq təklif ediblər. Müsahibimiz hesab edir ki, bu məsələ hüquqi cəhətdən araşdırılmalıdır: “Mənə hüquqi araşdırmanın nəticələri maraqlıdır. Düzü, özüm onunla söhbət etməmişəm. Amma danışıqları, barəsində deyilənləri eşitmişəm. Mənə onun psixoloji durumu ilə bağlı arayış lazımdır. Bilmək istəyirəm ki, doğrudan da hər dəfə kiminləsə sözü çəp düşəndə onu sillə-təpiyin altına salır ya yox. Elədisə, bəlkə xeyirxah iş görüm, onun psixoloji müalicəsinə şərait yaradım”.
Y.Əzizov isə “Media forum”a açıqlamasında bildirib ki, dünən “Azadlıq” qəzetinin redaksiyasına gedərək Azər Əhmədovla danışıb, barışmağı, bir-birilərindən şikayətçi olmamağı təklif edib. Yalçın Əzizov əvvəllər heç bir jurnalisti tanımadığını, media əhli ilə yaxından əlaqəsi olmadığını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR