İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist Şahnaz Bəylərqizi ev dustaqlığına buraxıldı — Prezidentə və Birinci vitse-prezidentə təşəkkür

864 26.02.2025 16:11 Siyasət A A

Xəbər verdiyimiz kimi jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb.

Musavat.com xatırladır ki, daha öncə Hüquq-Müdafiə Təşkilatları Monitorinq qrupu  jurnalistin səhhətini nəzərə alaraq onun ev dustaqlığına buraxılması ilə bağlı müraciət etmişdi.

Hüquq müdafiəçilərindən təşəkkür

Hüquq-müdafiə təşkilatları bu humanist addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

“Konstruktiv dialoqa sadiqliyimizi davam etdirəcəyik”

Monitorinq Qrupu vurğulayıb ki, hər zaman konstruktiv dialoqun tərəfdarı olub və gələcək fəaliyyətində də bu prinsipə sadiq qalacaq.

Onu da bildirək ki, Şahnaz Bəylərqizinin ev dustaqlığına buraxılması media və hüquq-müdafiə dairələrində müsbət qarşılanıb. 

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR