İnsanlara hürriyət, millətlərə istiqlal!

“Joxovurd”: “Paşinyanın deputatları Təhlükəsizlik Şurasının katibini qapalı iclasa çağırıblar”

457 06.03.2024 13:26 Region A A

“Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının deputatları bu gün Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı parlamentdəki qapalı iclasa çağırıblar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

“Qeyd edirik ki, hakim qanad artıq açıq şəkildə Avropayönlü xarici siyasət istiqaməti götürüb, üstəlik, parlamentin spikeri səviyyəsində Ermənistanın Avropa İttifaqına üzvlüyə namizədliyə hazır olduğunu bildirir. Bu gün iqtidar partiyasının deputatları Armen Qriqoryanla bununla bağlı məsələləri müzakirə edəcəklər. Sirr deyil ki, Armen Qriqoryan bu hakimiyyətin ən qərbyönlü simalarından biridir və Ermənistan-Rusiya münasibətləri barədə həmişə sərt danışır.

Əldə etdiyimiz məlumata görə, “Vətəndaş saizşi”nin üzvləri də yaxın vaxtlarda xarici işlər naziri Ararat Mirzoyanı da parlamentə çağırmağa hazırlaşır”, – deyə “Joxovurd” yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR