İnsanlara hürriyət, millətlərə istiqlal!

Jelko Kopiç: "Emreli yüksək səviyyəsini göstərməkdədir"

1249 11.04.2022 01:27 İdman A A

"Mahir Emreliyə vaxt lazımdır, lakin səviyyəsini göstərməkdədir".

"Report"un məlumatına görə, bunu Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç səfərdə "Riyeka"ya 2:1 hesabı ilə qalib gəldikləri Xorvatiya çempionatının XXX tur matçından sonra deyib. 45 yaşlı mütəxəssis bildirib ki, bərabərlik qolunu vuran azərbaycanlı hücumçu və qələbə topuna imza atan şimali makedoniyalı Ariyan Ademi oyundan-oyuna formaya düşür.

Qeyd edək ki, "Dinamo" bu qələbə sayəsində xalını 63-ə çatdırıb və ehtiyatda bir oyunu olduğu halda, 1-ci pillədə qərarlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR