İnsanlara hürriyət, millətlərə istiqlal!

Jan-Klod Yunker: “Breksit” sadəcə zaman və enerji itkisidir

226 23.10.2019 00:51 Son xəbər A A

Avropa Komissiyasının artıq getməkdə olan sədri Jan-Klod Yunker Böyük Britaniyanın Birlikdən çıxmaq prosesini tənqid edib.

“Londondan qaynaqlanan problem sayəsində rəsmi Brüssel ilə aparılan müzakirələr sadəcə vaxt və enerji itkisinə səbəb olub”,-deyə Yunker Strasburqda, Avropa Parlamentinin sessiyasında çıxış edərkən bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, lüksemburqlu siyasətçi həmişə Böyük Britaniyanın ayrılmaq qərarından təəssüflənəcəklərini deyib.

“Biz artıq güzgüyə baxmalı və hər şeyi nizamlaya bildiyimizdən əmin olmalıyıq”,-deyə AB Komissiyasının sədri vurğulayıb.

Avropa Şurasının sədri Donald Tusk isə Birliyin heç bir vaxt “Breksit”in sərt variantı ilə razılaşmayacağını söyləyib.

Donald Tusk bununla bağlı fikirlərini Böyük Britaniya baş naziri Boris Consona da çatdırdığını deyib. Polşa nümayəndəsi rəsmi Londonun bir daha müddət uzatmaq barədə müraciətindən sonra vəziyyətin mürəkkəbləşdiyini sözlərinə əlavə edib.

Xatırladaq ki, Böyük Britaniya parlamentinin bu ilin oktyabr ayının 19-da baş tutan fövqaladə iclasında baş naziri Avropa Birliyindən “Breksit” tarixini oktyabrın 31-dən başqa bir vaxta təxirə salınmasını istəməyə məcbur edən qərar qəbul olunub.

Britaniya hökuməti bununla bağlı baş nazirin özü tərəfindən imzalanmayan məktubu artıq AB-yə yollayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR