İnsanlara hürriyət, millətlərə istiqlal!

Jalüz və "plyonka" ya görə sürücülər cərimələnməyəcək - VİDEO

1586 16.11.2019 18:40 Gündəm A A

Bugündən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə verilən icazə müddəti başa çatır. Ancaq sənaye üsulu ilə hazırlanan bu cür avandanlıqlardan istifadə edən sürücülərə qarşı protokol tərtib olunmayacaq.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov tapşırıq verib. Onun imzalanmış telefonoqramı sosial şəbəkələrdə yayılıb. Telefonoqramda qeyd edilib ki, respublikanın iqlim şəraiti nəzəra alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərə jalüzlərdən istifadəyə icazə verilib. Ancaq tapşırığa əsasən məsələ ilə bağlı əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməyəcək. Bu məlumat elə sürücülərin də ürəyincə olub.

"Çox əla bir qərar oldu. Elə adam var ki, istəmir ki, arxa oturacaqda əyləşən ailəsini kimsə görsün"

"Ətrafdakı insanlar da görmür ki, maşının içində kim var"

Qeyd edək ki, bu icazə yanlız arxa yan şüşələrə və sənaye üsulu ilə hazırlanan avandanlıqlara aiddir. Avtomobilində kustar üsularla hazırlanan və nəzərdə tutulmayan şüşələrdə istifadə edilən pərdə və jalüzlərin istifadəsinə görə sükan sahiblərini 150 manat məbləğində cərimə gözləyir.

Baku.Tv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR