İnsanlara hürriyət, millətlərə istiqlal!

Jakip Asanov: "91 yaşlı aqsaqqal gələcəyə səs verdiyini bildirdi"

394 08.02.2024 11:56 Siyasət A A

"Biz Azərbaycana dekabrın 16-da gəlmişik. Azərbaycada seçki dünya standartlarına uyğun keçirilib".

Musavat.com xəbər verir ki, bunu seçki ilə bağlı müşahidələrin nəticəsilə bağlı brifinqdə Qazaxıstan Parlamenti Senatının sədr müavini, MDB PA-nın Beynəlxalq Müşahidəçilər Qrupunun koordinatoru Jakip Asanov deyib.

O, Azərbaycan xalqının seçkini tarixi seçki kimi qəbul etdiklərinə diqqət çəkib:

"Azərbaycanlılar bayrağı eyvanlardan asmışdılar. Onlar seçkiyə bayram əhval-ruhiyyəsi ilə gediblər. Məntəqələrdən birində 91yaşlı ağsaqqalla qarşılaşdıq. O, gələcəyə səs verdiyini bildirdi. Biz vətənpərvərlik, sabaha inam gördük".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR