İnsanlara hürriyət, millətlərə istiqlal!

“İzzətin davasında ağsaqqallığı mən edib onları barışdırdım” – Manaf Ağayev – VİDEO

1100 27.11.2019 12:09 Son xəbər A A

ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişinin növbəti qonağı müğənni Manaf Ağayev olub.

İzzət Bağırovun restoranda yaşanan insidenti ilə bağlı açıqlama verən Manaf Ağayev həmin məsələdə ağsaqqallıq etdiyini, tərəfləri barışdırdığını da ilk dəfə efirdə səsləndirib:

“Həmin məsələdə ağsaqqallığı edən, barışıq edən mən olmuşam. Hamı bilir ki, İzzətin davaya aidiyyəti yox idi. Bir nəfər içkili halda mikrofonu götürüb söyüş söymüşdü. İzzət də söyüş söyüldüyünə görə toyu tərk etmək istəyəndə mühafizəçi qarşısını kəsmişdi. Bu zaman İzzət mühafizəçini vurmuşdu. Təsadüfən alınan bir hadisə idi. Məxsusi olaraq mühafizəçini döydürməyib, yaxud mühafizəçiyə kimisə döydürməyib. Bir neçə dəfə də ağsaqqallıq etmişəm, barışdırmışam gəncləri. Ağsaqqallıq yaşla olmur, mən o adama ağsqqal deyirəm ki, sözü eşidilsin, sözü keçsin. Biz dava etməyə, kimisə döyməyə getmirik, biz gedirik sülh olsun, barışıq olsun”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR