Müğənni İzzət Bağırov karantin günlərində istirahətə gedənləri tənqid edib.
Musavat.com xəbər verir ki, “5\5” verilişində qonaq olan sənətçi martın 14-dən qazanc əldə etmədiyini də açıqlayıb:
"Martın 14-dən indiyə kimi bir manat pul qazanmamışam. Sosial şəbəkədə ən çox bizim üstümüzə düşürlər. Amma bütün günü evdə otururam. Gündə cəmi bir dəfə 15 dəqiqəlik marketə gedib, qayıdıram. Üç oğlum var. Onlar da həyətə düşmək, oynamaq, dənizə istirahətə getmək istəyirlər. Amma qoymuram. Rayonlara gedənlər də bilinmir ki, hansı yolla gedirlər. Amma ifşa edilirlər. Karantindirsə, hamı üçün karantindir. Gizlin gedib istirahət edirlər, utanmadan oradan foto paylaşırlar və evdə oturanlarda da qıcıq yaradırlar".
Könül İbrahim,
Musavat.com






