İnsanlara hürriyət, millətlərə istiqlal!

İtə rəhmsiz rəftar göstərənlərin müəyyən edilməsi ilə bağlı araşdırmaya başlanıb FOTO

545 12.09.2021 18:10 Ölkə A A

Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsi ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (ETSN) əməkdaşları tərəfindən araşdırılır.

Bu barədə Musavat.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR