İnsanlara hürriyət, millətlərə istiqlal!

İtburnu yığarkən arı yuvasını dağıdan 6 uşaq atasının faciəvi sonu FOTO VİDEO

2733 17.09.2022 20:58 Hadisə A A

Türkiyədə 58 yaşlı kişi faciəvi şəkildə ölüb.

Musavat.com xəbər verir ki, hadisə Samsun şəhərində baş verib. 

Meşədə itburnu yığarkən təsadüfən çöl arılarının yuvasına ayaqlayan 6 uşaq atası arıların hücumu nəticəsində dünyasını dəyişib.

Samsunun Yakakent mahalına bağlı Gündüzlü Məhəlləsindəki meşəlik ərazidə baş verən hadisədə 58 yaşlı Hüseyn Çoban meşəlik ərazidə itburnu yığarkən bilmədən arı yuvasına ayaq basıb.

Çoxlu arı sancdığı Hüseyn Çoban arı sancmalarına qarşı allergiyası olduğunu bildirib və ətrafdan kömək istəyib. Qohumlarının yanına qaçan Hüseyn Çoban Alaçam Dövlət Xəstəxanasına aparılıb.

Hüseyn Çobanın həyatını xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR