İnsanlara hürriyət, millətlərə istiqlal!

İtalyan hərbi ekspert: “Bu klounlar İrəvan ermənilərini də bezdirib'' - Qarabağ ermənilərinə sahib duracaq tək dövlət...

3050 04.08.2023 11:07 Siyasət A A

 

“Yalançının evi yandı, heç kim inanmadı”. Qarabağdakı erməni əsilli Azərbaycan sakinlərini 35 ildir girov saxlayan separatçı ünsürlərin sonu da, heç şübhəsiz, müdrik atalar sözümüzdəki kimi olacaq. Artıq qandallama prosesi başlayıb. Əli dirsəyədək günahsız soydaşlarımızın qanına batmış hərbi cani Vaqif Xaçatryanın “Laçın” postunda yaxalanması xuntaçılara ilk ciddi siqnalıdır. 

Təbii ki, dinc erməni əhali ilə işimiz yoxdur. Onlardan tələb olunan tək şey bacardıqca tez terrorçu-quldur rejimin girovluğundan qurtulub Azərbaycan dövlətinin himayəsinə sığınmaqdır. Nə barədə ki, Prezident İlham Əliyev “Euronews” telekanalına son müsahibəsində bir daha xatırlatma və xəbərdarlıq edib.

Sitat: “Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu saxta liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”.

İyulun 21-də Şuşada keçirilən Qlobal Media Forumunda da İlham Əliyev Qarabağdakı erməni sakinlərin onları qul kimi istismar edən xuntaçılardan qurtulmasının vacibliyini vurğulamışdı...

*****

Xankəndidə ev almaq mümkündür? - VİDEO<span class="qirmizi"></span>

Bu xüsusda prosesləri obyektiv təhlil edən əcnəbi analitiklər də az deyil. Onlardan biri də Qarabağda 44 günlük müharibə zamanı ermənilərin Xankəndidəki doğum evini Azərbaycan Ordusunun guya atəşə tutması haqda saxtakarlığını ifşa eləmiş italiyalı hərbi ekspert Tomas Taynerdir.

“Yeni Müsavat” xəbər ki, italyan ekspert öz şərhində öncə yeni erməni yalanları haqda yazıb: “Məlumdur ki, Rusiya ”sülhməramlıları" (dırnaqlar müəllifindir - red.) və Qarabağ erməniləri Ermənistandan Qarabağa qaçaqmalçılıq yolu ilə silah və sursat daşımaq üçün Azərbaycandan keçən Laçın yolundan istifadə ediblər. Bunun qarşısını almaq üçün Azərbaycan Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratdı. Bakı bütün yük maşınlarının yoxlanılmasında israrlıdır. Qarabağ erməniləri isə israr edir ki, Azərbaycandan keçməklə Azərbaycana daşınan yükləri Azərbaycanın yoxlamaq hüququ yoxdur. Brüsseldə Ağdam yolunun açılması ilə bağlı razılığa gəlindi. Bu yolda, ümumiyyətlə, heç bir yoxlama olmayacaq. Amma Qarabağ erməniləri həmin yolu bağlayıb, indi də acından öldüklərini iddia edirlər".

Təhlilçiyə görə, problem ondadır ki, Ermənistan və Azərbaycan sülh arzulayır, Qarabağ erməniləri isə (separatçılar - red.) müharibəyə gətirəcək böhran yaratmaq istəyirlər: “Onlar ümid edirlər ki, başqa ölkələr gəlib onlar uğrunda vuruşacaq. Amma bu axmaqların köməyinə heç kim gəlməyəcək. Hətta onları ”aclıq" farsını davam etdirməyə sövq edən Rusiya da. Eləcə də azğın və fanatik erməni diasporu Qarabağ ermənilərinin köməyinə gələn deyil".

Hərbi ekspert ardınca bildirir: “Ermənistan anlayıb ki, iş bitib və Qarabağ ermənilərini qorumağın yeganə yolu Azərbaycanla sülh bağlamaqdır. Amma Qarabağ erməniləri (separatçılar- red.) hələ də düşünürlər ki, Fransa və ya Rusiya kimi dövlətlər onların naminə Azərbaycan torpaqlarını işğal etməyə gələcəklər. Heç kim gəlməyəcək. 30 il Qarabağ erməniləri Ermənistanı girov saxlayıb”.

Tomas Taynerin qənaətincə, Qarabağ klounlarından hətta ermənilər də bezib: “Qarabağ erməniləri və erməni diasporunun ”Böyük Ermənistan"la bağlı illüziyaları naminə Ermənistan 30 illik iqtisadi inkişafdan məhrum olub, minlərlə övladını itirib. Ermənistan erməniləri, nəhayət, bu illüziyadan qurtulublar. Odur ki, Qarabağ erməniləri bunun davam etdirilməsində israr etsələr, tamamilə tək qalacaqlar. Dünya 30 ildir onlara deyir ki, bu cəfəngiyyatı dayandırın və barışın. İndi ya Qarabağ erməniləri sülhə gələcək, ya da öz gələcəklərini məhv edəcəklər... Bu, onların özündən asılıdır. Amma onlar o dərəcədə radikaldırlar ki, mənim bu xüsusda elə bir nikbinliyim yoxdur". 

Xankəndidə son vəziyyət: ermənilər acdır, ya bölgəni tərk edəcək, ya da...  » Millitv.az

*****

Siyasi analitik Elxan Şahinoğlu isə hesab edir ki, Qarabağ ermənilərindən 100 və ya 50-cə nəfərinin Azərbaycan vətəndaşlığına keçmək istəyi yetərlidir ki, qısa müddətdə separatizmin kökü kəsilsin.

Onun fikrincə, prosesi tənzimləmək üçün Laçın sərhəd keçid-məntəqəsinin yaxınlığında və ya Şuşada “ASAN xidmət” Mərkəzi fəaliyyətə başladıqdan sonra Xankəndi və ətrafda yaşayan erməniləri Azərbaycan pasportu almaq üçün bu ünvanlara iqtiqamətləndirmək mümkündür.

“Eyni zamanda Azərbaycan pasportu və vətəndaşlığını qəbul edən ermənilərin hansı üstünlüklər qazanacağı təbliğatını gücləndirmək lazımdır. Qarabağ ermənilərinə o da izah edilməlidir ki, Azərbaycan vətəndaşlığı və pasportu onların bu bölgədə rahat yaşamalarının yeganə alternatividir. Əks halda, Qarabağı tərk etməkdən başqa seçimləri qalmayacaq. Digər tərəfdən, 50 və ya 100 erməni Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onlara təzyiq edilərsə, bunun özü onları radikallardan qorumaq üçün Azərbaycan hərbi qüvvələrinə Xankəndiyə daxil olmasına şərait yaradacaq”, - ekspert vurğulayıb.

*****

Əfsus ki, separatçı elementləri hələ də cəsarətləndirənlər  var. Bunlar, Fransa başda olmaqla, Qərbin bir sıra anti-Türk dövlətləri və çevrələri, bir də, təbii ki, Rusiyadır. Yəni Qərb də “süddən çıxmış ağ qaşıq” sayılmaz. Bunu Ermənistanın sərhəddə davam etdirdiyi “humanitar” avantüraya dəstəkdən və hətta erməni qulduru Vaqif Xaçatryanın həbsinə neqativ reaksiyalardan bir daha görmək olar.

“Qərb yenə proseslərə ikili standartlardan yanaşır. Erməni tərəfinin humanitar böhran adı altındakı təxribatlarına da Qərbdən riyakar yanaşma var”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Tleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

“Onlar hazırda Qarabağda 120 min əhalinin olduğunu iddia edirlər. Amma real rəqəmlər heç 20 min deyil. Eyni zamanda, saydan asılı olmayaraq, Qarabağda yaşayan ermənilərə görə Azərbaycan qanunlarını heçə saymaq olmaz. Beynəlxalq hüquq bunu tələb edir. Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan dövlətinin də icazəsi olmadan onun ərazisinə heç bir yük daxil ola bilməz”, - politoloq vurğulayıb.

Z.Əlizadə haqlı olaraq hesab edir ki, Ağdam-Xankəndi yolu açıq olduğu halda, onların “Laçın dəhlizi” israrı əsassızdır: “Bu o deməkdir ki, Ermənistan və Qarabağda olan hansısa separatçı dəstə Azərbaycan dövlətini tanımaq istəmir. Belə olan halda qarşı tərəf hər hansı hüququn tanınmasından danışa bilməz. ABŞ-də, İtaliyada, Fransada və digər ölkələrdə dövlətin qanunlarını tanımayan adamlar həbs olunur. Bu, Azərbaycanda da belədir... Onlar Azərbaycan ərazisində qanunsuz dövlət qurumları yaradıblar. Yerli azərbaycanlıları isə öz torpaqlarından qovub, öldürüb, işgəncə veriblər”.

Amma artıq bu vandallıqlar olmayacaq. Torpağın halal sahibi qayıdıb. Həm də həmişəlik. Tamaşa, şou qurtarıb, oyun bitib. Qalır separatçı klounların həzin sonluğu. O da uzaqda deyil... 

Siyasət şöbəsi,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR