İtalyan analitik Alberto de Sanktis Türkiyə donanmasının yaxın gələcəkdə ABŞ, İngiltərə və Çin donanmalarına bərabər güc ola biləcəyini söyləyib.
Musavat.com-un yeniakit.com.tr-yə istinadən məlumatına görə, Alberto de Sanktis qatıldığı televiziya proqramlarının birində Aralıq dənizi ölkələrinin hərbi donanmaları ilə bağlı qiymətləndirmələr edib və bu qənaətə gəldiyini bildirib.
O, Aralıq dənizində fəaliyyət göstərən donanmaların yenidən silahlanma müddətinə sürətli şəkildə girdiyini ifadə edib.
Analitik “Fransa, İtaliya və İspaniya donanmalarını birinci səviyyə olaraq qeyd edə bilərik. Ancaq son illərdə çətinliklə də olsa, modernləşmə və yenilənmə müddətlərini həyata keçirən dəniz qüvvələri var”, - deyə vurğulayıb.
Analitik Türkiyənin hərbi donanma sahəsində böyük addımlar atdığına diqqət çəkərək, sözlərini bu cür tamamlayıb:
“Türklər, misirlilər və əlcəzairlilər son on ildə dəniz gəmilərinin inkişafına ən çox sərmayə qoyan Aralıq dənizinin ən məşhur "oyunçularıdır". Bu, özünü qəbul etmə dəyişikliyini əks etdirdiyinə görə çox vacibdir. Öz ehtiyaclarını hədəflərinə uyğun olaraq dəyişdirmək geostrateji mühitin dəyişdirilməsi deməkdir. Yeni sistemlər inkişaf etdirmək, daha çox investisiya qoymaq ölkələrin özlərini qorumaq imkanlarına sahib olduqlarını ifadə edir”.
Sanktis Türkiyənin gələcəkdə kritik önəmə sahib hərbi platformalar tətbiq edəcəyini də bildirib: “Türklərin sadəcə bölgə üçün yox, ümumilikdə dünya miqyasında ABŞ, İngiltərə və hətta Çin kimi ölkələrə bərabər bir güc ola biləcəyini rahatlıqla söyləyə bilərik. Türklər bu sahəyə çox böyük sərmayə yatırırlar. Onlar çox gözə bilirlər ki, istəklərinin reallaşmasını istəyirlərsə, bunu qeyd-şərtsiz etməlidirlər”.
ToğruL İSMAYIL,
Musavat.com






