İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyanın Roma və Piza şəhərlərində “9 Noyabr- Dövlət Bayraq günü” ilə əlaqədar  tədbir keçirilib FOTO

344 09.11.2020 14:45 Dünya A A


İtaliya – Azərbaycan Birliyinin təşəbbüsü ilə “9 Noyabr- Dövlət Bayraq günü” ilə əlaqədar İtaliyanın Roma  və Piza şəhərində tədbir keçirilib.

Diaspora Komitəsindən Musavat.com-a veriləmn məlumata görə, İtaliyada təhsil alan Azərbaycanlı gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın Azərbaycanın işğal olunmuş torpaqlarında yenidən dalğalanmasının dünyada yaşayan azərbaycanlılara sevinc və fərəh hissi bəxş etdiyi vurğulanıb. Roma şəhərində “The Fontana della Dea Roma” meydanında italiyalı musiqiçilərinin müşayiəti ilə “Ay Laçın” mahnısını ifa edən gənclər şəhər sakinlərinin diqqətini çəkiblər. 

Tədbir iştirakçıları işğalçı Ermənistan Ordusunun  hərbi təxribatlarına, Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vandalizm aktlarına, münaqişə bölgəsindən uzaqda yerləşən günahsız insanların, körpə uşaqların qətlə yetirilməsinə, mülki obyektlərin dağıdılmasına dair hazırlanan məlumatverici lövhələr, plakatlar vasitəsi ilə Qarabağ həqiqətlərini İtaliya cəmiyyətinin diqqətinə çatdırmağa çalışıblar. Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində erməni terrorunun qurbanı olmuş şəxslərin xatirəsi yad edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR