İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyanın məşhur futbol klubu fəaliyyətini dayandırıb

740 18.10.2019 15:50 İdman A A

İtaliyanın "Palermo" futbol klubu fəaliyyətini dayandırıb.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, Palermo məhkəməsi klubun iflasını rəsmi olaraq təsdiqləyib.

Palermo şəhərinin eyni adlı təmsilçisinin keçmiş sahibi Mauritsio Camparininin oğlu Andreya Camparini 10 milyon avro ödəməyi təklif edib, lakin bu məbləğ borcları qarşılamaq üçün kifayət etməyib.

Qeyd edək ki, "Palermo" klubu 1900-cü ildə təsis edilib. Komanda 2018/2019 mövsümündə B Seriyasında çıxış edib. Lakin maliyyə problemləri ucbatından çempionatdan kənarlaşdırılıb. "Palermo" son olaraq D Seriyasında mübarizə aparıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR