İtaliya hökuməti Avropa Birliyinin sanksiya siyahısında olan Rusiya vətəndaşlarının 800 milyon avrodan yuxarı dəyərində əmlakını dondurub.
Musavat.com xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Mario Draqi Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkə parlamentindəki çıxışından sonra məlumat açıqlayıb: “İtaliyada biz Rusiya oliqarxlarının 800 milyon avrodan yuxarı aktivini dondurmuşuq. Biz ilk əvvəldən Ukraynaya maliyyə və humanitar yardım təklif etmişik, indi də daha çox yardım etməyə hazırıq”.
Qeyd edək ki, İtaliyada Andrey Melniçenko, Aleksey Mordaşov və Gennadi Timçenkoya məxsus yaxtalar, həmçinin Əlişir Usmanov, Mordaşov, aparıcı Vladimir Solovyev, “Alfabank”ın direktorlar şurasınım sabiq rəhbəri Pyotr Aven, Dövlət Dumasının sabiq üzvü Oleq Savçenkonun villaları üzərinə həbs qoyulub.
Musavat.com






