İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada “Ndranqeta” mafiyasının 70 üzvü 20 ilədək həbs cəzasına məhkum olunub

369 07.11.2021 03:12 Dünya A A

İtaliyanın Lamesia Terme (Cənubi Kalabriya əyaləti) şəhərinin məhkəməsi son illər ölkə mafiyasının ən böyük məhkəməsi zamanı "Ndranqeta" qruplaşmasının 70 üzvünü 10 aydan 20 ilə qədər müddətə həbs cəzasına məhkum edib.

Musavat.com Report-a istinadən xəbər verir ki, məhkumlar adam öldürməyə cəhd, çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, hədə-qorxu və digər cinayətlərdə ittiham olunublar. Agentliyin məlumatına görə, proses zamanı 20-yə yaxın şəxs bəraət alıb. Qeyd olunur ki, 90 nəfərə münasibətdə proses qısaldılmış formada aparılıb. Bununla yanaşı, gələcəkdə daha 300 nəfər də məhkəmə qarşısına çıxarılacaq.

“Ndranqeta” İtaliyada və bütün Avropada ən nüfuzlu kölgə təşkilatlarından biri hesab olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR