İtaliyada Breşiya-Neapol xətti üzrə sürət qatarının hərəkəti təxirə salınıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, maşinistlərin sərxoş olması səbəbindən Breşiya-Neapol marşrutu üzrə hərəkət edən sürət qatarının hərəkəti dayandırılıb.
Bildirilib ki, maşinistlər bələdçi tərəfindən idarəetmə qabiliyyətlərinin yoxlanması cəhdindən sonra saxlanılıblar. “Frecciarossa” şirkətinə məxsus olan sürət qatarında olan 67 sərnişin digər qatarla mənzil başına yola salınıb.
Ölkənin “Trenitalia” dəmir yolu şirkəti ilk dəfə belə bir hadisənin yaşandığını qeyd edib.






