İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada Belçikadakı terror aktları ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb

579 27.03.2016 06:00 Gündəm A A
 İtaliyada  polis Belçikadakı terror aktları ilə əlaqəli olmaqda şübhəli bilinən Əlcəzair vətəndaşı saxlanılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “La Stampa” nəşri məlumat yayıb.
 
Məlumata görə, Camaləddin Uali Belçika tərəfinin sorğusu əsasında saxlanılıb. O, Brüssel və Parisdə terror aktlarını törədən terrorçuların istifadə etdikləri  saxta sənədləri hazırlamaqda  şübhəli bilinir.  
 
Qeyd edək ki, Belçikadakı terror aktları ilə əlaqədar cinayət işi çərçivəsində saxlanılan iki şəxsə ittiham irəli sürülüb.  
 
Martın 22-də  Brüsseldə törədilən silsilə terror aktları nəticəsində 33 nəfər ölüb, 316 nəfər yaralanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR