İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya polisi Hitleri tərifləndiyi ziyafətin iştirakçılarını axtarır

343 14.02.2024 14:33 Dünya A A

İtaliya hüquq-mühafizə orqanları bu gün (fevralın 14-də) “Yaxşı oğlanlar” adlı əməliyyat keçirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin mərkəzi hissəsində yerləşən Ferrara şəhərində irqi nifrətin qızışdırılması və nasizmə bəraət qazandırılması ilə bağlı istintaq başlanıb və bu söhbətlərin yer aldığı məclisdə iştirak edən 24 nəfərin axtarışı aparılır.

Bu barədə məlumat yayan İtaliya polisi bildirib ki, cinayət işi Miladdan bir neçə gün əvvəl restoranda baş tutan şam yeməyinin təfərrüatları bilinəndən sonra açılıb. Tədbir iştirakçıları nasizmlə yanaşı, Adolf Hitlerə də rəğbət ifadə ediblər. Bundan əlavə, ziyafət zamanı hüquq-mühafizə orqanlarına qarşı hədə-qorxuların əks olunduğu vərəqələr paylanılıb.

“Yaxşı oğlanlar” əməliyyatına kibercinayətlərlə mübarizə üzrə xüsusi təyinatlılar da cəlb olunub. Onlar axtarışlar zamanı ələ keçirilən informasiya məlumatlarını öyrənməlidirlər. İstintaq Miladqabağı şam yeməyinin tək bir hadisə və ya şaxələnmiş bir quruluş olduğunu müəyyən etməyə hazırlaşır.

Bir gün əvvəl İtaliya Ali Məhkəməsi 2016-cı ildə klassik nasist salamı verə-verə yürüşlərdə iştirak edən səkkiz ifrat sağçı fəalın cinayət işlərinə baxıb. İtaliyalı hakimlərin qənaətinə görə, belə hərəkətlər yalnız silsiləvi səciyyə aldığı hallarda cinayət sayılacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR