İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya otellərində uşaq dünyaya gətirən müştərilərə pulsuz tətil hədiyyəsi - FOTOLAR

1259 18.08.2018 16:26 Dünya A A

İtaliyanın Assisi bölgəsində bir sıra otellər öz müəssisələrində istirahət edərkən hamilə qalan müştərilərinə tətil hədiyyə edir.

 

Musavat.com xəbər verir ki, bu layihə İtaiyada aşağı doğum nəticələrini aradan qaldırmaq və yerli turizmi daha da inkişaf etdirmək üçün həyata keçirilir. Layihəyə qoşulan otellərdə qalan müştərilər bu vaxt hamilə qaldığını sübut edərsə, daha sonrakı illərdə burada uzun müddətlik pulsuz tətil və ya pul mükafatıqazanırlar.

 as.JPG (84 KB)

Müştərilər sübut olaraq oteldə qaldıqdan 9 ay sonra uşaqlarının dünyaya gəldiyini göstərən sənədləri otelə təqdim etməlidirlər.
Avropa ölkələri arasında doğuşun ən aşağı olduğu ölkələrdən olan İtaliyada keçən il 485 min uşaq dünyaya gəlib. Bu da digər Avropa ölkələrinə görə bir xeyli aşağı göstərcidir.

as1.JPG (77 KB)

“Fertility room” (doğum otağı) adlı layihə İtaliya mətbuatında böyük səs-səda doğursa da, hakimiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Bələdiyyə rəhbəri bu layihənin bölgənin prestijinə zərər gətirib-gətirməyəcəyini araşdıracaqlarını bildirdi. Eyni zamanda həyata keçirilən bu layihənin onlara heç bir aidliyinin olmadığını da vurğuladı.

as2.jpg (97 KB)

Bölgənin Millət Məclisinin nümayəndəsi olan Klaudoi Riççi bu ərazinin Əziz Françeskonun doğum yeri olmasına diqqət çəkərək bildirdi ki, bu ərazi həm dini, həm də adət- ənənələrin qorunduğu bir yer olduğu üçün layihəyə münasibətimiz mənfidir.

Məleykə
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR