İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya koronavirusdan ölüm hallarının faiz nisbətinə görə 1-ci, Cənubi Koreya isə sonuncu yerdədir

774 09.03.2020 08:00 Dünya A A

İtaliya koronavirusdan ölüm hallarına faiz nisbətinə görə dünyada birinci yerdədir, hər 20 yoluxmuş insandan biri dünyasını dəyişir.

APA xəbər verir ki, bu göstərici RİA Novosti-nin hazırladığı statistik xülasədə əks olunub.

Məlumata görə, bazar günü İtaliyada ölənlərin sayı kəskin şəkildə artaraq 366 nəfər olub. Bu da virusa yoluxmuş 7.3 min nəfərin 4.96%-ni təşkil edir.

Ölüm nisbəti üzrə ikinci yerdə İran (2,96%), üçüncü yerdə isə Çin (3,83%) qərarlaşıb.

ABŞ-da isə bu günə qədər yalnız 472 yoluxma təsdiqlənib. Onlardan 19 nəfər ölüb (4.03%).

Koronavirusu zəif yayıldığı ölkələr arasında ən aşağı ölüm nisbəti Cənubi Koreyada müşahidə olunub. Burada yoluxanların 0.68% -i dünyasını dəyişib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR