İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya klubu argentinalı hücumçu ilə yeni müqavilə imzalayacaq

489 11.09.2018 22:59 İdman A A

İtaliyanın "İnter" klubu futbolçusu Mauro İkardi ilə yeni müqavilə imzalayacaq.

"Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu yeni sözləşməyə əsasən, 2023-cü ilə qədər Milan təmsilçisinin şərəfini qoruyacaq. Argentinalı forvard illik 6 milyon avro qazanacaq.

Artıq klub və futbolçu arasında razılıq də əldə olunub. Klub rəsmi olaraq müqavilənin uzadılmasını yaxın vaxtlarda açıqlayacaq.

Qeyd edək ki, Mauro İkardi 2013-cü ildən "İnter"də çıxış edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR