Bu dəfə sizə tarixin maraqlı səhifələrində yer alan bir insanı təqdim edəcəyik.
Gördüyü işlər təqdirəlayiq olmasa da. gülməli əhvalatlar ilə tarixə adını yazdırmış bir fırıldaqçının həyatı çox maraqlıdır.
Girit kökənli olan Xalid adlı türk İstanbulun işğal altında olduğu dönəmlərdən fırıldaqçılıqla məşhurlaşmağa başlayıb. Xalid fransız və yunan dillərini sərbəst şəkildə öyrənmişdi. Eyüplü Xalid olaraq da tanınan bu fırıldaqçı hər zaman geyiminə, ümumi görünüşə diqqət edib.

İstanbulun işğal altındakı son günlərində Xalid bir dostu ilə ev kirayə götürür. Ərəb Abdullah adlı dostu ilə birlikdə kirayəyə götürdükləri evi polis bölməsinə (karakol) çevirən Xalid burada yunan ticarətçiləri soymağı planlayırdı. Şəhərdəki boşluqdan, savaş təlaşından istifadə edən Xalid özünü polis rəisi, dostu Ərəb Abdullahı isə müavini "təyin etmişdi". Onlar kirayəyə götürdükləri evin bir otağını nəzarət məntəqəsi dekorasiyası ilə hazırlamışdı. Xalid dostu vasitəsi ilə həmin bölgədə yaşayan yunan ticarətçiləri bölməyə gətirdir, qorxudub pul alır, buraxırdı. Türk ordusunun şəhərə girməyinə bir gün qalmış Xalid dostu ilə birlikdə oradan qaçmışdı.

Polis bölməsinə çevirdikləri ev
Bu hadisədən sonra o, bir neçə dəfə həbsxanaya düşüb. Hər dəfə bir yolunu tapıb həbsxandan çıxan Xalid 1935-ci ildə yenidən həbs olunub. O, həbsxanada bir italyan ilə tanış olub. Yerində rahat durmayan Xalid həbsxandan çıxmaq üçün ağlına bir plan qurub. Bir gün o, tanış olduğu italyandan bir məktub yazmasını xahiş edbi. Məktub İtaliya diktatoru, faşist partiyasının başçısı Mussoloniyə ünvanlanıb. Xalid bu məktubun onun həbsxandan çıxmasına kömək edəcəyinə ümid edirdi.

O, məktubda Mussoloniyə bunları yazmışdı: "Cənab Mussoloni, mən sizi həqiqətən sevən, fikirlərinizi təqdir edən bir türkəm. Antalyanın sizin haqqınız olduğunu müdaifə etdiyim üçün məni həbsə atıblar. Yardımınıza ehtiyacım var".

Eyüplü Xalidin Mussoloniyə yazdığı məktub
Məktubu göndərdikdən təxminən bir ay sonra, İtaliyanın baş konsulu İstanbul valiliyinə müraciət edərək, Xalidlə görüşmək istədiklərini bildirib.
İstanbul valiliyindən onun bir fırıldaqçı olduğunu bildirsələr də İtaliyanın baş konsulluğundan buna inanmayıblar. Konsulluğun vəzifəli şəxsləri böyük miqdarda pul verərək Xalidi həbsxanadan azad etdiriblər.

Fırıldaqçı Xalidin macəraları bununla bitmədi ...
O, həbsxandan çıxdıqdan sonra 68 qadına evlənmə sözü verərək onların pullarını alıb qaçmışdı. Bir müddət ortalardan itən Xalid daha sonra aşkar edilərək yenidən həbs edilmişdi. Onun nə zaman və harada öldüyü isə dəqiq bilinmir. O dönəmlərdə onun köməkçisi olmuş Rahmi Kıbağın dediynə görə, Eyüplü Xalid 1950-ci ildə dünyasını dəyişib.

Türkiyəli rejisorlar Eyüplü Xalidin həyatından ilham alaraq 2012-ci ildə "Öz Hakiki Karakol" adlı komediya filmi çəkib.
Turan Oruc
Musavat.com







