İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrənin qoldan sonra siyasi jest edən futbolçuları cəzalandırıla bilər

1734 24.06.2018 20:39 İdman A A

İsveçrə yığmasının yarımmüdafiəçiləri Qranit Caka və Cerdan Şakiri siyasi hərəkətlərinə görə cəzalandırıla bilərlər.

“Report” xəbər verir ki, FİFA hazırda DÇ-2018-in qrup mərhələsində Serbiyaya qol vurduqdan sonra (2:1) Albaniyanın rəmzi olan qartal işərəsi göstərən futbolçuların hərəkətlərini araşdırır.

Onların təxribat xarakterli hərəkətləri İntizam Məcəlləsinin 54-cü maddəsinə əsasən, 5000 İsveçrə frankı məbləğində cərimə və 2 oyunluq diskvalifikasiya nəzərdə tutur.

Ali futbol qurumu bu hərəkətin təxribat xarakterli olub-olmadığını araşdırmaq üçün şahid və ekspertləri sorğulamağı planlaşdırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR