İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə millisinin sabiq forvardı: “Qurban Qurbanov çalışdığım ən yaxşı məşqçilərdəndir” - FOTO

667 26.07.2022 21:30 İdman A A

“Qarabağ"ın sabiq futbolçusu İnnosent Emeqara keçmiş komandasını sabah “Sürix”lə keçirəcəyi prinsipial qarşılaşmadan öncə ağdamlıların İsveçrədə məskunlaşdığı “Hilton” otelində ziyarət edib.

Musavat.com "Sports.az"a istinadən xəbər verir ki, bunu İsveçrə millisinin keçmiş forvardı “Qarabağ” haqda xatirələrini bölüşüb və Azərbaycan çempionunun sabah Çempionlar Liqasındakı oyununda şanslarını dəyərləndirib:

“Qarabağ”la bağlı bir çox maraqlı xatirəm var. Amma ən unudulmaz anlarım şübhəsiz ki, böyük komandalara qarşı keçirdiyim oyunlardı. Xüsusən, “Arsenal”la qarşılaşmanı xatırlayıram. Belə rəqiblə və ümumiyyətlə, bu səviyyədə oynamaq həm “Qarabağ”, həm də mənim üçün çox böyük uğur və karyeramın ən unudulmaz anlarından idi.

“Qarabağ”ın sabahkı oyunda çox böyük şansları var. Mən komandaya uğurlar arzulayıram.

Qurban Qurbanovla görüşdük, ona da uğurlar dilədim. Mən klubdan ayrılsam da, hər zaman yaxşı münasibətlərimiz olub və qalır. Qurban Qurbanov mənim çalışdığım ən yaxşı məşqçilərdəndi.

Bundan əlavə hazırda “Qarabağ”ın heyətində çox yaxşı futbolçular var. “Sürix”də pis komanda deyil. Amma mən hesab edirəm ki, “Qarabağ” daha yaxşıdı. Keçmiş komandama bir daha uğurlar və qələbə arzulayıram”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR