İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə korrupsioner məmurlardan müsadirə edilən 1.3 milyon dolları Türkmənistana qaytaracaq

490 17.01.2020 18:04 Son xəbər A A

İsveçrə müsadirə edilmiş 1,3 milyon dollar pulu Türkmənistana qaytarır.

Konkret.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

“Qeyri-qanuni əldə edilmiş aktivlərin geri qaytarılması siyasətinə uyğun olaraq, İsveçrə bu ölkədə müsadirə edilmiş təxminən 1,3 milyon ABŞ dolları dəyərində Türkmənistana qaytarıb. Bu vəsait Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən bir sağlamlıq layihəsinə yönəldiləcək.

Bildirilir ki, yanvarın 15-də Berndə İsveçrə, Türkmənistan və BMTİP arasında müvafiq müqavilə imzalanıb. Layihə çərçivəsində geri qaytarılmış 1,3 milyon dollara vərəm müalicəsi üçün dərmanlar alınacaq.

Rəsmi açıqlamada pulun İsveçrə strategiyası ilə siyasətlə məşğul olan şəxslərin qeyri-qanuni zənginləşməsi ilə mübarizə strategiyası çərçivəsində müsadirə edildiyi bildirilib. Bu, türkmən siyasətçilərinin qanunsuz yolla əldə etdikləri pul müsadirə olunaraq Türkmənistana qaytarıldığı ilk məlum hadisədir. Amma əvvəllər Türkmənistan rəsmiləri ilə əlaqəli Türkmənistan xaricindəki korrupsiya hadisələri bildirilirdi.

Ötən ilin dekabr ayında Almaniya böyük şirkətlərdən birinin törəmə şirkətinin keçmiş baş direktorunun “Türkneftneft” dövlət korporasiyasının keçmiş rəhbərliyinə milyonlarla dollar rüşvət verməsi ilə əlaqəli işinə baxmağa başlayıb. Alman prokurorlarının bildirdiyinə görə, 2002-2007-ci illərdə MAN Türkmənistan hökumətinə 8.4 milyon avro rüşvət verib.

2010-cu ildə başqa bir Alman şirkəti Daimler yüksək səviyyəli Türkmənistan məmurlarına rüşvət verməkdə ittiham edilib. Xüsusilə, 2000-ci ilin fevral ayında Daimler avtomobil konserni Türkmənistanın o zamankı prezidenti Saparmurad Niyazova ad günü üçün 300 min avro dəyərində Mercedes zirehli avtomobil hədiyyə etdiyi məlum olub. O zaman şirkət onlarla lüks avtomobilin Türkmənistan hökumətinə satılması ilə bağlı danışıqlar aparırdı. Təkcə 2010-cu ildə ABŞ-da Mercedes avtomobil istehsalçısı korrupsiya saxtakarlığına görə 185 milyon dollar cərimə ödəmişdi.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR