İnsanlara hürriyət, millətlərə istiqlal!

İSVEÇRƏ İRANA QARŞI YENİ SANKSİYALAR TƏTBİQ EDİB

689 20.04.2012 09:36 Dünya A A
Açıqlamada bildirilir ki, sanksiyaya məruz qalan şəxslər və şirkətlərin İsveçrədəki əmlakı dondurulub: “İsveçrə Avropa Birliyinin İrana qarşı sanksiyaları çərçivəsində belə bir addım atıb. Lakin bu qərar İran Mərkəzi Bankına şamil edilməyib. Çünki bu bank İran iqtisadiyyatı üçün çox önəmlidir. Odur ki, İsveçrə İranın Mərkəzi Bankını sanksiya siyahısına daxil etmək istəmir”.
Hələlik İsveçrə tərəfindən sanksiyaya məruz 11 şirkətin və şəxsin adı açıqlanmayıb.
Bu arada isə İran yüzə yaxın Avropa şirkətindən ölkəyə mal idxalını dayandıracaq. APA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib. O bildirib ki, İranda istehsal olunan bütün məhsulların xaricdən idxal edilməsinin qarşısı alınacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR