İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdən ŞOK QƏRAR: Quranın yandırılmasına İCAZƏ VERİLDİ

1210 28.06.2023 16:26 Gündəm A A

Türkiyənin NATO-ya üzv olmaq üçün təsdiqini gözləyən İsveç qalmaqallı qərarı ilə yenidən gündəmə gəlib. Belə ki, İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılması aksiyasına icazə verib. 

Musavat.com xarici mediaya istinadən bildirir ki, İsveç mətbuatı qalmaqallı aksiyanın saatını açıqlayıb.

Qeyd edək ki, İsveç iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə baş tutacaq NATO sammiti üçün geri sayım edir. Bununla belə NATO-ya üzvlük üçün Türkiyənin təsdiqinə ehtiyacı olan İsveç növbəti dəfə təxribata ev sahibliyi edir.

İsveç mətbuatı təxribat xarakterli aksiyanın yerli vaxtla saat 13:30-da baş verəcəyini və təhlükəsizlik qüvvələrinin şəhər kənarından əlavə qüvvələr istədiyini yazıb.

Xatırladaq ki, bir müddət öncə İsveç İnzibati Məhkəməsi "İsveç polisinin Quranın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası olmadığı" haqda qərar qəbul etmişdi.

Qeyd edək ki, bu ilin yanvar ayının 21-də sağçı ekstremist “Sərt kurs” partiyasının lideri Rasmus Paludan Stokholmdakı Türkiyə diplomatik missiyasının qarşısında Quranı açıq şəkildə yandıraraq diplomatik qalmaqala səbəb olmuşdu.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR