İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdə növbəti Quran təxribatına HAZIRLIQ

373 17.04.2024 15:04 Dünya A A

İsveç polisi Malmö şəhərində keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində Quranı yandırmağı planlaşdırdıqları aksiya üçün ərizə alıb.

Musavat.com xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Qeyd olunub ki, təşkilatçılar müsabiqənin rəsmi tədbirlərinin başlamasına bir gün qalmış, mayın 3-də Qustav Adolf meydanında Quran yandırmaq istəyirlər.

"Hazırda ərizəyə baxılır və qərar hələ qəbul edilməyib",- Cənub Polis Dairəsinin nümayəndəsi Maya Forstenius telekanala bildirib.

Məlumata görə, İsveç polisi yarışın təhlükəsizliyini təmin etməyə hazırlaşır.

Müsabiqəyə müxtəlif ölkələrdən təxminən 100 min insanın, yəni şəhər əhalisinin təxminən üçdə birinin gəlməsi gözlənilir.

Onların dəqiq sayı hələ açıqlanmasa da, tədbirin təhlükəsizliyi çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təmin ediləcək.

Xatırladaq ki, 2023-cü ilin yayında krallıqda Quranın yandırılması ilə bir sıra nümayişlər keçirilib. Bu hərəkətlər müsəlman ölkələrinin əhalisinin və hakimiyyət orqanlarının kəskin reaksiyasına səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR