İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdə naməlum şəxslər ölkənin ən böyük məscidində yanğın törədiblər

390 01.05.2017 12:47 Dünya A A

İsveçdə paytaxt Stokholmdan şimalda yerləşən Yerfella şəhərətrafı bölgəsində ölkədəki ən böyük məscid olan İmam Əli məscidində dünən gecə yanğın olub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Yanğının çöldən törədildiyi güman edilir", - Stokholm polisinin nümayəndəsi Lars Bistrem bildirib.
Xəsarət alanlar barədə məlumat yoxdur.

Məscid binasında 3 mindən çox kitabın olduğu kitabxana var.

"Sahəsi təxminən 3500 kvadratmetr olan məscid binasının hardasa 30-50%-inə ziyan dəyib", - məscid nümayəndəsi Aki Zahiri vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR