İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdə dəniz şirlərinin və fillərin sirk arenasına çıxarılması qadağan edilib

506 22.06.2018 02:00 Dünya A A

İsveç hökuməti dəniz şirlərindən və fillərdən krallıq ərazisində keçirilən sirk tamaşalarında istifadə olunmasını qanunvericilik qaydasında qadağan edib.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, müvafiq qanunvericilik aktı 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək. İsveçin kənd təsərrüfatı naziri Sven Erik Buxtun sözlərinə görə, hökumətin bu qərarı sirkdə saxlanılan dəniz şirlərinin və fillərin həyati tələbatının ödənilməsinin qeyri-mümkünlüyü ilə bağlıdır. Ölkədəki sirklərin çoxu bu məntiqdən çıxış edərək, həmin heyvanlarla bağlı nömrələri proqramlarına daxil etməyiblər. Bu qərar İsveçə qastrol səfərinə gələn xarici sirklərə də şamil olunacaq.

Sözügedən sənədlə yanaşı, İsveç hökuməti heyvanların mühafizəsi haqqında qanuna dəyişikliklər də hazırlayır. Dəyişikliklər çərçivəsində ev heyvanlarının işarələnməsi və qeydiyyatının zəruriliyi məsələsi üzərində iş aparılır. Hesab edilir ki, bu sistemin tətbiqi heyvanların vicdansız sahiblərinə qarşı mübarizə aparmağa kömək edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR