İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç Hərb Universiteti Qarabağ Zəfərinin sirlərini öyrənir - Niström dissertasiya müdafiə etdi

1156 31.07.2022 23:44 Ölkə A A

"II Qarabağ Müharibəsində Azərbaycan Ordusunun döyüş taktikasının dünya elmində necə öyrənildiyini və təhlil edildiyini müşahidə etmək çox maraqlıdır və qürurvericidir".

Bunu Avropada yaşayan elm adamı, diaspor fəalı Səadət Kərimi facebook səhifəsində yazıb. O, buna dair sensasion fakt açıqlayıb. S.Kərimi yazır:

"Henrik Niström (Nyström) (Swedish Defence University) master dissertasiyasını bu mövzuya həsr edib və 2022-ci ildə müdafiə edib. Linki qoyuram, isveçcə bilənlər oxuya bilərlər. https://fhs.diva-portal.org/smash/record.jsf?pid=diva2%3A1670616&dswid=6050"

Musavat.com Səadət Kəriminin sözügedən materialdan Azərbaycan türkçəsinə tərcümə etdiyi çox maraqlı bir fraqmenti təqdim edir:

- 2020-ci ildə Qarabağda gedən müharibə zamanı dronlardan xarici dünyanı şoka salan şəkildə istifadə edilib. Dronların Azərbaycanın Ermənistanı müharibədə məğlub etməsində böyük rol oynadığı düşünülür və pilotsuz təyyarələr bahalı və mürəkkəb pilotlu döyüş təyyarələrinə asanlıqla əldə edilə bilən və ucuz alternativ kimi görünür. Bu araşdırmada Qarabağda 2020-ci il müharibəsində dronların istifadəsi üçün elmi əsas yaratmaq üçün Douhet və Papenin Hava Gücü nəzəriyyələrindən istifadə edilir.

aahhoo.jpg (24 KB)

(Douhet, G. (1998). The command of the air. Tuscaloosa: University of Alabama Press;

Pape, R. A. (1996). Bombing to Win: Air Power and Coercion in War. Ithaca: Cornell University Press.)

Müharibəyə bu iki nəzəriyyəçinin nöqteyi-nəzərindən baxılaraq, dronların necə istifadə edildiyi və hərbi faydaya hansı şəkildə töhfə verdiyi araşdırılır. Məqsəd dronların müasir müharibədəki yeri ilə bağlı daha yaxşı məlumatlı müzakirələrə töhfə verməkdir. Douhet-in nöqteyi-nəzərindən təhlillər nəticəsində məlum olur ki, dronların üç ölçülü sərbəst hərəkəti onun istifadəçilərinə böyük fayda verib. Azərbaycan bu xüsusiyyətindən istifadə edərək, əvvəlcə döyüş bölgəsi üzərində hava üstünlüyü yaratmağa, sonra isə həm cəbhəyə bitişik, həm də onun arxasındakı erməni hədəflərini zahirən qətiyyətli şəkildə vurmağa nail oldu. Ancaq görünən odur ki, müharibə tək pilotsuz təyyarələrlə deyil, əməkdaşlıqda bir neçə silah növü ilə həll olunub. Pape-nin nöqteyi-nəzərindən aparılan təhlillər nəticəsində belə görünür ki, Azərbaycan pilotsuz təyyarələri müdafiəçi birləşmələrinə qarşı effektiv hücumu və yaxın arxa dəstək funksiyaları ilə quru qoşunlarına birbaşa dəstək kimi istifadə edilərkən böyük effekt əldə edib. Beləliklə, Ermənistanın özünü effektiv müdafiə etmək qabiliyyətini inkar edərək ("inkar etmək" hərbi termindir- S.M.), Azərbaycan pilotsuz təyyarələri Papenin inkar strategiyasına uyğun olaraq istifadə edib.

Təhlildə 2020-ci ildə Qarabağda baş vermiş müharibəyə xas olan bir neçə amilin pilotsuz təyyarələrin xeyrinə işlədiyi görünür. Bu amillər fərqli olsaydı, yəqin ki, dronların effektivliyi azalardı.

 

E.MƏMMƏDLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR