İnsanlara hürriyət, millətlərə istiqlal!

İstiqalçı deputat Məryəm Həsənova ilə vida mərasimi keçirilir - FOTOLAR

3830 30.07.2018 11:11 Son xəbər A A

Bu gün Azərbaycan Milli Məclisinin sabiq üzvü, istiqlalçı millət vəkili Mərhəm Həsənovanın Təzə pir məscidində vida mərasimi olub. Dəfn mərasimində sabiq  Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, KXCP sədri Mirmahmud Mirəlioğlu, Milli Demokrat Partiyasının lideri İsgəndər Həmidov və digər müxalifət nümayəndələr iştirak edib. Çıxış edənlər onunla bağlı xatirələrini bölüşüblər. Onun Azərbaycanın müstəqilliyində böyük rol oynadığını, xalqını sevən və sevilən əsl ziyalı və müəllimə olduğunu mərasim iştirakçılarının  diqqətinə çatdırıblar.

Qeyd edək ki, Məryəm Həsənova 1990-1995-ci illərdə Azəbaycan parlamentinin üzvü olub. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, "Müstəqil Azərbaycan” deputat blokunun 43 üzvündən biri olub.

Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR