İnsanlara hürriyət, millətlərə istiqlal!

"İstək" liseyinin 700 bal toplayan məzunu: "Beyin cərrahı olacağam"

1926 21.07.2018 15:40 Təhsil A A

"Əsas oxuduğunu dərk etməkdir".

Bu sözləri musavat.com-a qəbul imtahanlarında 700 bal toplamış "İstək" liseyinin Lənkəran filialının məzunu Fəyyaz Aslanlı deyib.

"2015-ci ildən bəri "İstək" liseyində oxuyuram. İki həftədən sadəcə iki gün evdə olurdum. Qalan günlər liseydə qalırdım. Orada bizə təhsillə yanaşı sosial fəaliyyətimizi də inkişaf etdirirdilər. İmtahana qədər çox çalışmışam. Elə gecələr olub saat 3-ə qədər dərs oxumuşam. Amma imtahana 36 saat qalmış dəftər-kitabı qoydum kənara, oxumadım. Sadəcə dincəldim",- Fəyyaz Aslanlı qeyd edib.

IV qrup üzrə imtahan verən F. Aslanlı beyin cərrahı olmaq istəyir: "İlk imtahanda 644 bal topladım. Həvəsdən düşmədim. Daha çox hazırlaşdım. Hədəfim 700 bal idi. Hamı məndən bu nəticəni gözləyirdi. Axır ki, hədəfimə çatdım. Dünəndən çoxlu təbrik alıram. Hətta başqa şəhərlərdə yaşayan müəllimlər də zəng edib, təbriklər edir. Bu da məni çox sevindirir. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçəcəyəm. İnşallah, gələcəkdə beyin cərrahı olacağam".

Ləman Mustafaqızı,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR