Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.
Musavat.com xəbər verir ki, mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov və TƏBİB-in rəhbəri Ramin Bayramlı iştirak edib.
İstehlak kreditlərinə güzəşt edilməsi ilə bağlı suala İbrahim Məmmədov bu dəfə də "müzakirələr aparılır" deyə cavab verib.
İ.Məmmədov söyləyib ki, istehlak kreditləri işləyən adamlara verilir və karantin rejimi müddətində də həmin şəxslərin maaşı ödəniləcək.
Nazirlər Kabinetinin rəsmisi əlavə edib ki, dövlət də bu istiqamətdə işlər görürür və veriləcək yekun qərar yaxın günlərdə ictimaiyyətə elan ediləcək.
İ.Muradov
Musavat.com






