İştirakçıların şəxsi həyatlarına müdaxilə etməkdə ittiham edilən Sima müsiflərin də qəzəbinə tuş gəlib. Tənqidləri eşidən gənc qız göz yaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, müsabiqədə müsif kürsüsündə 3 tanınmış şəxs oturur. Bunlar stilist Kamal Doğulu, model İvana Sərt və modelyer Nur Yerlitaşdır.
Yarışma üzvləri ilə mübahisələrinə, qalmaqallı çıxışlarına görə, müntəzəm olaraq sərt tənqidə məruz qalan Sima seçimdən öncə səhnəyə qırmızı geyimlə çıxıb. Adətən onu yaşından böyük göstərən geyimlərə, makiyaja üstünlük verməsi ilə tanınan Sima bu dəfə müsiflərdən ulduz ala bilib.
O həftənin ən çox ulduzlu iştirakçısı simi sonda təqdim edilən 3 tacdan birinə sahib olub. Bununlada həftəlik seçim zamanı toxunulmazlığını təmin edib.
Seçim səhnəsində isə Sima Şərafətdinova rəngazək tüllərdən olan uzun geyimlə səhnəyə çıxıb. Lakin bu dəfə o hamını qorxudub. Buna səbəb isə ayağının burxularaq bir anda yerə yıxılması olub.
Onun köməyinə aparıcı Öykü Serter, Kamal Doğulu və digər yarışmaçılar gəlib.







