İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulu dolu vurdu: Minarə uçdu, dayanacaq çökdü, uçuşlar təxirə düşdü - Foto, video

3784 27.07.2017 21:10 Dünya A A

İstanbula dolu və şiddətli yağış yağır.

 

Musavat.com xəbər verir ki, yağıntı fırtınanın başlaması ilə daha da şiddətlənib və təsirini artırıb. Yağan yağış və doludan sonra ictimai nəqliyyatlar səfərlərini ard-arda təxirə salmağa başlayıb. Metro və metrobus səfərlərində işə gecikmələr baş verir. Atatürk hava limanında isə uçuşlar təxirə düşüb.

 

Qeyd edək ki, yağan yağış və dolunun fəsadları bütün şəhərdə hiss olunur. Belə ki, Karaköydən Kadıköyə hərəkət edən nəqliyyat gəmisi fırtınanın gücündən qayalıqlara çırpılıb. Şişli Osmanbəydə məzarlıq dayanacağı çöküb, uçqun altında qalan 4 nəfər xilas edilib. Küçükçekmecedə işə məscid minarəsi uçub. 

 

Türkiyə Meterologiya Baş İdarəsindən ildırım çaxacağı, yağıntının daha şiddətlənərək davam edəcəyi bildirilib. Bundan başqa, vətəndaşlara xəbərdarlıq edilərək bildirilib ki, ani sel, su basqını baş verə, ildırım düşə bilər.

 

Musavat.com

 

 

 

 Son dakika: İstanbul'u sağanak yağış vurdu!

Son dakika: İstanbul'u sağanak yağış vurdu!

Son dakika: İstanbul'u sağanak yağış vurdu!

Son dakika: İstanbul'u sağanak yağış vurdu!

Son dakika: İstanbul'u sağanak yağış vurdu!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR