İnsanlara hürriyət, millətlərə istiqlal!

"İstanbulspor" klubunun futbolçusu klub prezidentinin qarşısında diz köçüb yalvardı - VİDEO

1756 20.12.2023 12:00 İdman A A

Ötən gecə Türkiyə Super Liqasının XVII həfətəsində keçirilən "İstanbulspor" - "Trabzonspor" matçı zamanı oyunçularına meydançanı tərk etmək göstərişi verən "İstanbulspor" klubunun prezidenti Ecmel Faiq Sarıalioğluna komandanın futbolçusu Simon Delinin reaksiyası hər kəsi təəccübləndirib.

BAKU.WS xəbər verir ki, Simon Deli Ecmel Faiq Sarıalioğlunun qarşısında diz çökərək onu oyuna davam etməyə razı salmağa çalışıb.

Lakin "İstanbulspor" klubunun fil dişi sahilli futbolçusunun cəhdi uğursuz alınıb. 

Xatırladaq ki, İstanbul təmsilçisinin 74-cü dəqiqədə meydanı tərk edib. Buna səbəb matçın 67-ci dəqiqəsində cərimə zərbəsinin təyin edilməməsinə etiraz edən "İstanbulspor" klubunun prezidentinin futbolçulara stadionu tərk etmək barədə göstəriş verməsi olub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR