İnsanlara hürriyət, millətlərə istiqlal!

​İstanbuldan Bakıya qanunsuz dərman gətirən şəxs Bakı aeroportunda saxlanılıb

1395 17.08.2016 11:33 Son xəbər A A

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda dərman preparatlarının təsviri görünüb və baqaja təkrar yoxlama keçirilib.

Nəticədə, vətəndaşın çamadanında əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən xeyli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR