İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda ZƏLZƏLƏ həyəcanı VİDEO

1239 01.03.2023 21:04 Hadisə A A

Türkiyənin İstanbul şəhərində yeni təhvil verilən mənzildə tavan evdəki insanların üstünə uçub.

Hadisə Beylikdüzü rayonunda baş verib. 3 ay əvvəl istifadəyə verilən mənzildə yaşayan 4 nəfərlik ailənin yataq otağının tavanında 5 santimetr qalınlığında gips dağılıb. 8 kvadratmetrlik tavan çökərək ailə başçısı Armağan Çelik və həyat yoldaşının üstünə düşüb. Qadın aldığı zərbədən yaralanıb.

Armağan Çelik deyir ki, onlar elə biliblər ki, zəlzələ baş verir. O bildirib ki, beş yaşlı uşaqları var və tavan onun üstünə də uça bilərdi.

Türkiyədə zəlzələlərdə ölüm sayının həddindən çox olmasına binaların keyfiyyətsiz tikilmələri əsas gətirilir. Mərmərədə azı 7 bal böyüklüyündə zəlzələ proqnazlarının səsləndiyi bir vaxtda bu kimi hadisələrlə rastlaşmaq insanlarda təşvişə səbəb olur. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR