İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

608 24.02.2014 12:48 Son xəbər A A
Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkil etdiyi tədbirdə çıxış edən dərnək başqanı Səfər Qaraqoyunlu bu faciənin dünyada soyqırım kimi tanınması üçün bütün qüvvələri səfərbər etməyə çağırdı. Daha sonra çıxış edən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov “Xocalı həftəsi” çərçivəsində Türkiyənin müxtəlif bölgələrində 50-yə qədər tədbir keçirilməsinin planlaşdırıldığını bildirdi.

MHP İstanbul millət vəkili Atilla Kaya isə Xocalı soyqırımının baş vermə səbəblərindən danışıb. 

CHP İstanbul millət vəkili Ali Özgündüz isə çıxışında Xocalı soyqırmını  “XX əsrin Kərbəlası” adlandırıb. Millət vəkili Ermənistanın apardığı etnik təmizləmə siyasəti barədə də geniş məlumat verib.

Azərbaycandan dəvət olunmuş deputat Elman Məmmədov həm də Xocalı soyqırımının şahidi və yaxınlarını bu faciədə itirmiş şəxs kimi çıxış edib.  Azərbaycan Ordusunun işğal olunmuş torpaqları azad etmək əzmində olduğunu vurğulayan deputat bu soyqırımın dünyada tanınması üçün Türk Birliyinin dəstəyinin də önəmli şərt olduğunu qeyd edib.

Tədbirdə iştirak etmək üçün bir günlük Moskvadan İstanbula gələn TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Xocalı soyqırımının bütövlükdə Türk millətinə qarşı həyata keçirildiyini bildirib. O, bu soyqırım aktına görə Ermənistanla yanaşı, Rusiyanı da qınayıb və bu gün rus şovinizminin əsarəti altında inləyən tatar və başqırdların, Sibirdə yaşayan türklərin də bu zülmdən qurtulacağına inandığını bildirib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR