İstanbulda terror aktı hazırlamaqda şübhəli bilinən 11 şəxs tutulub
Terror aktı hazırlamaqda şübhəli bilinən 11 şəxs İstanbulda polis tərəfindən tutulub.
"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul Terrorizmlə Mübarizə Şöbəsinin əməkdaşlarının əməliyyatı nəticəsində həbs olunan şəxslərin terrorçu "İŞİD" qurplaşmasının üzvü olduğu və ABŞ-ın Baş Konsulluğuna qarşı silahlı hücum təşkil etmək istədikləri bildirilib.
Həbs olunan şəsxlərin Suriya qaçqınları olduğu qeyd olunur.






