İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda tacik müxalifətçini öldürmüş şəxs günahını danır

743 21.03.2015 14:43 Dünya A A
Tacikistanda qadağan edilmiş “Qrup 24” hərəkatının lideri Ömərəli Qüvvətovun İstanbulda qətlə yetirilməsində şübhəli bilinən Süleyman Qəyyumov öz günahını inkar edib və qətldə müxalifətçinin cangüdənlərinin suçlu olduğunu söyləyib.

Musavat.com-un məlumatına görə, bu barədə “Hurriyet” qəzeti yazıb. Qüvvətov martın 5-də başından güllə atəşi ilə öldürülüb. 

Qətldən az öncə o, ailəsi ilə birgə Qəyyumovla şam yeməyi yeyib. Bundan sonra ailə üzvləri və o, halsızlıq hiss ediblər. Müxalifət lideri keçəyə çıxaraq ailəsini xəstəxanaya çatdırmaq istəyərkən güllələnib. 

İstanbul polisi cinayətlə bağlı üç nəfəri, o cümlədən Qəyyumovu saxlayıb. Qəyyumov həbs təhlükəsindən ehtiyat edərək ilk reysdəcə Alma-Ataya uçub. Lakin 

Qazaxıstan hakimiyyəti onu qəbul eləməkdən imtina edib və Türkiyəyə qaytarıb. Türkiyədə isə dərhal saxlanılıb. Qüvvətovun cangüdəni Söhrab Tuzrayev isə ittihamları rədd edib və azadlığa buraxılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR