İnsanlara hürriyət, millətlərə istiqlal!

​İstanbulda polis məntəqəsinə hücum edən terrorçuların kimliyi açıqlanıb - FOTO

1661 03.03.2016 18:20 Dünya A A
İstanbulun Bayrampaşa rayonunda çevik polis qüvvəsi məntəqəsinə basqın edən terrorçuların kimliyi məlum olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsinin (DHKP-C) üzvləridir.

Hadisə nəticəsində zərərsizləşidirilənlərdən biri - 1989-cu ildə Türkiyənin Əskişəhir şəhərində anadan olmuş Çiğdəm Yahşı, o biri isə 1989-cu ildə ölkənin Malatya şəhərində doğulmuş Berna Yılmazdır.

Berna Yılmaz 2013-cü ildə 19 ay azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, martın 3-də İstanbulun Bayrampaşa rayonunda çevik polis qüvvəsi məntəqəsinə qumabara atılıb, atəş açan iki terrorçu qadın zərərsizləşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR