İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda əsən güclü külək 108 tikilinin dam örtüyünün uçmasına səbəb olub

382 07.01.2020 17:40 Son xəbər A A

Türkiyə ərazisində iki gündür davam edən əlverişsiz hava şəraiti ölkənin bir çox şəhərlərində olduğu kimi, İstanbulda da fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsindən bildirilib.

Məlumata əsasən, şəhərdə əsən güclü külək və leysan yağışlarının yağması səbəbindən 108 tikilinin dam örtüyü uçub, 128 ağac kökundən çıxıb və 3 binanın istinad divarı çöküb. Bəzi gəmi səfərləri və təyyarə uçuşları təxirə salınıb.

Şəhərin 61 nöqtəsində yaranan gölməçələr nəqliyyatın işində çətinliklər yaradıb.

Hidrometeoroloqlar şəhərdə hökm sürən əlverişsiz hava şəraitinin bir neçə gün daha davam edəcəyini bildirirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR