İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda 1 may tədbirləri çərçivəsində təxribat törətmək istəyən 6 nəfər saxlanıldı

431 01.05.2017 13:43 Son xəbər A A

1 May əmək və həmrəylik günü səbəbilə İstanbulun Taksim meydanı və ətrafında təhlükəsizlik tədbirləri artırılıb.

Avropa.info xəbər verir ki, şəhərdə təhlükəsizliyin təmin edilməsi üçün 30 min polis təyin olunub.
Beşiktaşda toplanaraq Taksim meydanına getmək istəyən qrupa polislərin müdaxiləsindən sonra 20 nəfərin saxlanıldığı bildirilir.

Əldə olunan məlumata görə 1 May əmək və həmrəylik günü münasibətilə görülən təhlükəsizlik tədbirləri çərçivəsində Taksim meydanının ətrafında dəmir barrikadalar qurulub.

Bundan başqa, ətrafda bəzi küçə və prospektlər də hərəkətə bağlanıb.

Bundan başqa, xalq arasında təxribat törətməkdə şübhəli bilinən 6 nəfərin də polis tərəfindən saxlanıldığı bildirilir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR