İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbula yalnız bu şəxslər girə bilirdi - Osmanlı tarixindəki qurulan ilk karantin mərkəzi - FOTOLAR

1356 25.03.2020 16:13 Dünya A A

Osmanlı dövründə "Tahaffuzhane" adı verilən və ən yaxşı karantin mərkəzlərindən biri olan Tuzla "Tahaffuzhane"si, İstanbul Texniki Universitetinin (ITU) dənizçilik fakültəsinin də olduğu Tuzla liman bölgəsində yerləşir.

Yeni koronavirus epidemiyası dünya tarixindəki karantin tətbiqlərini də gündəmə gətirib. Dünyanın müxtəlif dövrlərində edilən karantin tətbiqlərinin Osmanlı imperatorluğu və Türkiyə Respublikasının ilk dövrlərində bilinən ilk nümunələri Tuzla və Urla bölgəsində saxlanılır.

Universitetin tarix müəllimi Sinan Çakır 19-cu əsrdə bütün dünyaya təsir edən epidemiyaların yayılmasının qarşısını almaq üçün Tuzla, İzmir və Urla bölgələrində iki karantin mərkəzinin qurulduğunu bildirib.

Sinan Çakır Tuzla "Tahaffuzhane"sinin 1892-ci ildə tamamlandığını və istifadəyə verildiyini qeyd edib: "Yunanıstan və Bolqarıstandan köç edən vətəndaşlarımızın gəldiyi ilk yer Tuzla "Tahaffuzhane"si olub. Sağlam olanlar daha sonra buradan Anadoluya göndərilib”.

Quru yolla və ya dəniz yolu ilə gələn insanlar ilk öncə "Tahaffuzhane"yə gətirilirdi. Daha sonra həkim müayinəsindən keçənlər dezinfeksiya edilirdi. Yalnız müayinəsinin cavabları normal olan şəxslərin İstanbula girişinə icazə verilirdi.

Dövrün ən müasir avadanlıqları ilə təchiz edilən "Tahaffuzhane" fransızlar tərəfindən qurulub.

130 illik tarixi olan Tuzladakı binada fotoşəkillər və əşyalar da sərgilənir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR