İnsanlara hürriyət, millətlərə istiqlal!

İSRAİLİN XARİCİ İŞLƏR NAZİRİ İSTEFA VERDİ

1236 14.12.2012 20:12 Son xəbər A A

“Baxmayaraq ki, mən günahsız olmağıma əminəm, istefa verməyi qərara aldım”, nazir deyib və əlavə edib ki, o, deputat toxunulmazlığının istintaqa problem yarada biləcəyini nəzərə alaraq mandatından da imtina edib.

Bununla yanaşı o,  bəyan edib ki, İsrail parlamenti Knessetə keçiriləcək növbəti seçkilərdə iştirak etmək fikrindədir: “Bu gün vəkilim və seçki qərargahımın nümayəndələri ilə görüşüb bu məsələni müzakirə etdim. Qanunla mən istefa verməyə də bilərəm. Amma istintaqa yardım məqsədi ilə belə qərar verdim. Bilirsiniz ki, artıq 16 ildir ki, mənə qarşı bu ittiham irəli sürülüb. Ümid edirəm ki, yanvarın 22- nə Knessetə seçkilərə qədər istintaq bu işi yekunlaşdıra biləcək. “
Qeyd edək ki, dekabrın 13-də hökumətin hüquq məsləhətçisi Yequda Vaynştayn Libermana qarşı ittiham irəli sürülməsinə göstəriş verib. İttiham 16 il öncə Belarusiyada səfir olmuş Zeəv Ben-Ape ilə bağlıdır. Liberman saxta şirkətlər vasitəsi ilə maliyyə fırıldaqları etməkdə suçlanır və dələduzluq maddəsi ilə ittiham olunur.


Elbəyi HƏSƏNLİ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR