İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin təhlükəsizlik qüvvələri terror aktında şübhəli bilinənləri həbs edib

148 11.01.2025 08:36 Dünya A A

İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Kabatiya şəhərində terrorla mübarizə əməliyyatı zamanı axtarışda olan səkkiz nəfəri həbs edib.

"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti İsrailin Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidmətinin birgə bəyanatına istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, hərbçilər, Ümumi Təhlükəsizlik Xidməti və sərhəd polisi qüvvələri tərəfindən keçirilən əməliyyat təxminən 12 saat çəkib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR